Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


03.11.2025  15:37 

Məktəb direktoru barədə hüquq-mühafizə orqanlarına müraciət edildi





A+  A-

Lənkəran rayonu Liman şəhəri Vasif Həsənov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun müəllimə qarşı davranışı ilə bağlı monitorinq aparılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri məktəbdə monitorinq keçiriblər.

Direktorun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Regional Təhsil İdarəsinin təlimatlarının tələblərinə riayət etməməsi, nəticədə sözügedən ümumi təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamının pozulması, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə zərər vurulması məsələlərinə hüquqi müstəvidə münasibət bildirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər 2325 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +