Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


29.09.2025  17:25 

Qida Təhlükəsizliyi Agentliyi: Təhlükəsizlik yox, süni əngəllər fabriki





A+  A-

Azərbaycanın ərzaq bazarında ən ciddi problem kimi təqdim edilən qida təhlükəsizliyi anlayışı əslində Qida Təhlükəsizliyi Agentliyinin (QTA) fəaliyyətində öz əksini tapmır. Hələ QTA fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq.

Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Bu qurum illərdir mövcud olsa da, vətəndaşın sağlamlığını qorumaq yerinə, daha çox bürokratik maneələr, formal prosedurlar və görüntü yaradan tədbirlərlə gündəmə gəlir. Agentliyin fəaliyyətinə baxanda görürük ki, ən çox diqqət çəkən reydlər və ictimaiyyət üçün hazırlanan “təhlükəsizlik şoularıdır”. Mağazada tarixi keçmiş bir məhsulun müsadirəsi, restoranda soyuducunun çirkliliyi barədə protokol, bunlar gündəmi bəzəyən başlıqlardır. Amma illərlə ölkədə hər kəsin dilində dolaşan real fəlakətlərə məsələn, nəcislə yemlənən balıq təsərrüfatlarına, süni göllərin üfunətli qoxusuna diqqət ayrılmır.

Ucuz və sürətli qazanc əldə etmək üçün bəzi sahibkarlar insan nəcisi ilə balıq yetişdirirlər. Kanalizasiya maşınları vasitəsilə tualetlər boşaldılır, həmin tullantılar süni göllərə vurulur. Bu yolla balıqlar süni şəkildə kökəldilir. Mövsüm başlamazdan bir ay əvvəl isə göllər “təmizlənir”, balıqların üzərindəki üfunət qismən azalır və onlar Bakı bazarlarına çıxarılır. Əslində isə bu balıqlar insan orqanizmi üçün virus, parazit, qurd və bakteriyaların canlı daşıyıcısıdır.

Tibb elminin ortaya qoyduğu həqiqət budur: insan nəcisi ilə təmasda olan hər bir məhsul kimyəvi və bioloji “bomba”ya çevrilir. Lakin bütün bunlara baxmayaraq, həmin balıqlar AQTA-nın “təhlükəsiz” möhürü ilə alıcının süfrəsinə düşür.

Digər tərəfdən, Qida Təhlükəsizliyi Agentliyi sağlam məhsul istehsal etmək istəyən sahibkarın da yolunu süni əngəllərlə kəsir. Əlavə icazələr, “təkrar sertifikatlar”, “uzadılan prosedurlar”ın hamısı fermer və istehsalçının işini çətinləşdirir. Nəticədə qanuni işləmək istəyən də çarəsiz qalır, qeyri-qanuni yollar axtaran isə rahat nəfəs alır.

Ən acınacaqlısı isə odur ki, belə süni əngəllər cəmiyyətə xidmət etmir, əksinə, real təhlükələri, nəcislə bəslənən balıq təsərrüfatlarının yayılmasını kölgədə saxlayır.

Bütün bunlar bir sualı doğurur: Qida Təhlükəsizliyi Agentliyi əslində kimin təhlükəsizliyini qoruyur? İctimaiyyətin, yoxsa öz maraqlarının? Çünki bu gün vəziyyət belədir: Azərbaycan bazarına çıxarılan məhsul “təhlükəsiz” möhürü ilə satılsa da, onun arxasında görünməz təhlükələr dayanır.

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan vətəndaşının sağlamlığı üçün deyil, bürokratik aparatın maraqları üçün işləyir. Əgər bu yanaşma dəyişməsə, insanların süfrəsinə düşən hər məhsul- balıqdan tutmuş tərəvəzə qədər potensial təhlükə daşımağa davam edəcək. Qida təhlükəsizliyi isə kağız üzərində qalan, amma real həyatda “təhlükəsizliksizliyin” sinoniminə çevriləcək.

Samir Əsədli

Xəbər 3230 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +