Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


17.04.2023  12:37 

Andrey Kostin ABŞ-a işgüzar səfərə gedib





A+  A-

Ukraynanın baş prokuroru Andrey Kostin ABŞ-a işgüzar səfərə gedib.

XəzərNews.az xəbər verir ki, bu barədə onun ofisi aprelin 17-də Telegram-da məlumat yayıb.

Səfərin əsas məqsədi Ukrayna və ABŞ arasında Rusiya tərəfindən törədilmiş hərbi cinayətlərin sənədləşdirilməsi və təhqiqatı, eləcə də cinayət məsuliyyətinə cəlb edilməsi sahəsində əməkdaşlıq olacaq.

“Amerikanın səsi” radiosuna müsahibəsində Kostin Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin yurisdiksiyasına malik olan təcavüz cinayəti üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasının zəruriliyini vurğulayıb.

"Rusiyanın təcavüzü qlobal müharibədir. Və təcavüz cinayətinə cavab da qlobal xarakter daşımalıdır" - deyən Kostin həmçinin ukraynalı uşaqların məcburi deportasiyasına görə Rusiya prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin orderinin yerinə yetirilməsinin, habelə işğalçılar tərəfindən vurulmuş zərərin ödənilməsi mexanizminin işlənib hazırlanmasının və həyata keçirilməsinin vacibliyini qeyd edib.

Xəbər 2520 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +