“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib


04.03.2021  11:09 

Merkel koronavirus məhdudiyyətlərinin ləğvi planını açıqladı





A+  A-

Almaniya Kansleri Angela Merkel və ölkənin 16 federal əyalətinin rəhbərləri koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin ləğvi üçün bir plan hazırlayıblar.
XəzərNews.az xəbər verir ki, plan məhdudiyyətlərin 5 mərhələdə tədricən götürülməsini nəzərdə tutur.

“Bunlar açılmaya doğru atılan addımlar olmalıdır, eyni zamanda bizi geri atacaq addımlara çevrilməməlidirlər”,- deyə Kansler regional liderlərlə görüşdən sonra jurnalistlərə bildirib.

O, Avropada bir çox üçüncü dalğa nümunələrinin olduğunu, ancaq 2021-ci ilin yazının bir il əvvəlkindən fərqli olacağını deyib.

Məhdudiyyətlərin aradan qaldırılması meyarı əhalinin hər 100 min nəfərinə 50 yoluxma nisbətində müəyyən olunacaq.

Planın beş mərhələsindəki hər yeni addım regional infeksiya nisbətlərinin sabit və ya azalması halında hər 14 gündə bir atılacaq.

Göstəricilər 100 min nəfərə 100 yoluxma həddini aşarsa, məhdudiyyətlərin ləğvi prosesi dayandırılacaq.

Kansler 8 mart tarixindən etibarən ölkənin bütün sakinləri üçün pulsuz koronavirus testlərinin aparılacağını və 65 yaşdan yuxarı insanlar üçün peyvəndlərə qoyulan məhdudiyyətlərin götürüləcəyini də açıqlayıb.

Planın həyata keçirilməsində ilk addım artıq başa çatıb: 1 martda məktəblər, uşaq bağçaları və bərbərlər açılıb.

İkinci addım kitab evlərinin və çiçək dükanlarının 8 kvadrat metrdə bir müştəriyə xidmət göstərməsi şərti ilə 8 mart tarixindən etibarən açılmasını nəzərdə tutur.

8 martdan sonrakı üçüncü mərhələdə, yeni yoluxma hallarının 100 min nəfərə 50-dən az olması şərti ilə muzeylər, zooparklar və bağlar, habelə bir müştəri üçün ən azı 10 kvadratmetr sahəsi olan pərakəndə satış yerləri açıla bilər.

Ən çox 10 nəfər təmassız açıq idman növləri ilə məşğul ola bilər.

Dördüncü mərhələdə (22 mart) yeni yoluxma sayı 100 mində 50-ni keçməzsə, restoran, teatr, konsert məkanı, kinoteatrların fəaliyyətinə icazə veriləcək. İnsanlar qapalı məkanlarda təmassız idman növləri və açıq məkanlarda təmaslı idman növləri ilə məşğul ola biləcəklər.

Yoluxma nisbəti 100 min nəfərə 50 ilə 100 arasındadırsa, açıq havada yeməyə yalnız əvvəlcədən razılaşdırılmaqla icazə veriləcək.

Beşinci mərhələdə (5 aprel) yoluxma sayı 50-nin altında qalırsa, açıq hava tədbirlərinə 50 nəfərə qədər toplanmağa icazə veriləcək, idman tədbirlərinə qoyulan məhdudiyyətlər tamamilə ləğv ediləcək.



Xəbər 4155 dəfə oxunub.



07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın


BÜTÜN XƏBƏRLƏR +