Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


18.08.2020  09:15 

Tramp Ərdoğanı dünya miqyaslı şahmatçı adlandırdı





A+  A-

ABŞ Prezidenti Donald Tramp türkiyəli lider Rəcəb Tayyib Ərdoğanı dünya miqyaslı şahmatçı adlandırıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə siyasətçi “Fox News” telekanalının efirində deyib.

Tramp prezident seçkilərindəki rəqibi Co Baydeni sərt tənqid edib. Onun sözlərinə görə, Bayden bəzi çox ağıllı dünya liderlərinə çata bilməz.

“Bəzi ölkələrdə dünya miqyasında şahmatçı olan liderlər var. Məsələn, Türkiyə Prezidenti Ərdoğan. Bu kontekstdə sizin hətta harada olduğunu bilməyən və zirzəmidən çıxmağı və danışmağı bacarmayan prezidentiniz (Bayden-red.) ola bilməz”, - Tramp deyib.

Ağ Ev rəhbəri qeyd edib ki, o, Prezident Ərdoğanla “çox yaxşı yola gedir” və bir çox digər liderlər “Türkiyə Prezidentinin onun sözünə baxdığını” düşünərək onun Ərdoğana zəng etməsini xahiş edirlər.

Xəbər 1755 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +