Putin Ukrayna konfliktinə son qoymaq istəyir -Tramp
Tramp-Zelenski arasında görüşü keçirilir - Foto/Yeniləndi
Rusiyada güclü partlayış
Klub prezidenti öldürüldü -FOTO
Finlandiyadan bu ölkəyə milyonluq yardım...
Havaya qalxdı, Bakıda təcili eniş etdi -Təyyarədə nə baş verib?
İcra başçısı olacaq?
Mehriban Əliyeva Roma Papası ilə görüşüb -FOTO
Evlərində axtarış aparılıb
Mehdiyevlərin ölkədən çıxışına qadağa qoyuldu


16.10.2025  17:28 

ADPU-də kitab sərgisinin açılışı olub -Foto





A+  A-

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə ali təhsil ocağının 3 saylı tədris korpusunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində yaradılmış oxu zalının və kitab sərgisinin açılışı olub.

XəzərNews.az xəbər verir ki, mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, müəllimlər və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Cəfər Cəfərov bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, sərgidə universitetin professor-müəllim heyətinin son illərdə nəşr etdirdiyi kitablar, müstəqillik dövrü, o cümlədən 44 günlük Vətən müharibəsindən bəhs edən materiallar, ADPU -nun dörvi-elmi nəşrləri nümayiş etdirilir. Kiitabxana isə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib.

Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.





Xəbər 4858 dəfə oxunub.




17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +