Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı
Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO


06.10.2025  13:42 

AZZA gender ayrı-seçkiliyinə yol verir? – Foto





A+  A-

Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkələrindən birinə sahib olan AZZA şirkətinin sosial şəbəkələrdə paylaşdığı iş elanı müzakirələrə səbəb olub.

XəzərNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, şirkət iş elanında qənnadçı vəzifəsinə namizədlər üçün maaş aralığını təqdim edib.

Elanda yer alan məlumata görə, kişilər üçün maaş 570-800 manat, qadınlar üçün isə 520-750 manat nəzərdə tutulub.



İş elanında əməkhaqqının gender üzrə fərqli göstərilməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bunu gender ayrı-seçkiliyi kimi qiymətləndiriblər.

Qeyd edək ki, gender ayrı-seçkiliyi insanlara onların cinsi (qadın və ya kişi) mənsubiyyətinə görə fərqli münasibət göstərilməsi deməkdir. Əmək Məcəlləsinin 16.1.-ci maddəsinə görə, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mətbuat xidmətindən Yeniavaz.com-a bildirdilər ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etmək lazımdır:

“Çünki DƏMX əmək müqaviləsi bağladıqdan sonrakı proseslərə nəzarət edir. Burada isə iş elanıdır”.

Dövlət Məşğulluq Agentliyindən isə Yeniavaz.com-a bildirdilər ki, mövzu Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə aiddir.

Xəbər 1005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +