Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


27.10.2023  17:58 

FHN-də iki generalın fəaliyyəti yoxlanılır





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində və Dövlət Yanğın Nəzarəti Xidmətində ciddi yoxlamalar keçirilir.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, istefaya göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin sabiq rəisi, general-mayor Füzuli Əsədov və Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) sabiq rəisi, general-mayor Hikmət Abbasovun rəhbərlik etdikləri dövrlər yoxlanılır.

Əldə etdiyimiz məlumata görə, artıq sözügedən qurumlarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, ayırılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi məlum olub.

İdarələrin maddi texniki təchizatında ciddi nöqsanlar aşkar edilib. Həmçinin yanğınsöndürmənin şəhər və rayon şöbələrində də bir sıra kadrların təyinatında şübhəli məqamlar ortaya çıxıb.

Hazırda qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, general-mayor Füzuli Əsədov bu ilin iyun, general-mayor Hikmət Abbasov bu ilin sentyabr ayında vəzifələrindən azad olunublar.

Bir neçə gün sonra isə FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad edilib.

Xəbər 2558 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +