Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


09.02.2021  10:08 

“İranda hakimiyyətdən narazılıq görünməmiş həddə çatıb” - Əhmədinejad





A+  A-

“İran ictimaiyyətinin hakimiyyətin siyasətindən narazılıq səviyyəsi görünməmiş həddə çatıb”.
XəzərNews.az “dolatebahar” portalına istinadən xəbər verir ki, belə bir bəyanatla İranın eks-Prezidenti Mahmud Əhmədinejad çıxış edib.

“Bu gün narazılığın səviyyəsinin nə qədər yüksək olduğunu dərk etmək üçün küçəyə çıxmaq kifayətdir. Ölkədə bu cür gərginlik hələ heç vaxt müşahidə olunmayıb”, - eks-Prezident deyib.

Əhmədinejadın sözlərinə görə, rejimə qarşı çıxış edənlərin hamısını “inqilab düşməni” adlandırırlar. “Bu gün artıq bütün xalq etiraz edir. Məgər onların hər biri inqilabın düşmənidir?” - deyə eks-Prezident qeyd edib.

Əhmədinejad bildirib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini yerinə yetirməyənlərdir.

Qeyd edək ki, Mahmud Əhmədinejad İrana 2005-2013-cü illərdə rəhbərlik edib.

Əhmədinejadın 2017-ci ildə Prezident vəzifəsinə namizədliyi İran Konstitusiya Keşikçiləri Şurası tərəfindən rədd edilib.



Xəbər 2986 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +