Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


05.08.2018  16:32 

Ət məhsulları alarkən nələrə diqqət etməliyik?





A+  A-

Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.
XəzərNews.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.

Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.

Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.

Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.

Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur.

Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır.

E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.

Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.

Xəbər 3005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +