Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


13.10.2025  13:56 

Bakıda üçtərəfli görüş keçirilir - Foto





A+  A-

Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilir.

XəzərNews.az xəbər verir ki, tədbirdə Azərbaycan tərəfdən Baş nazirin müavini, Azərbaycan–İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İran tərəfdən yol və şəhərsalma naziri Fərzanə Sadeqi, Rusiya nümayəndə heyətinə isə baş nazirin müavini Aleksey Overçuk rəhbərlik edir.

Şahin Mustafayev Azərbaycanın İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib. O, üçtərəfli əməkdaşlığın həm ikitərəfli, həm də regional müstəvidə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Şahin Mustafayev qeyd edib ki, Rəşt–Astara dəmir yolunun inşası üzrə İran və Rusiya hökumətləri arasında saziş imzalanıb. Eyni zamanda, Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların artırılması məqsədilə əməkdaşlıq sazişi bağlanıb.

Nazir müavini vurğulayıb ki, infrastrukturun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən ildə azı 5 milyon ton yük daşınacaq, gələcəkdə bu göstəricinin 15 milyon tona qədər artırılması planlaşdırılır.

Ş.Mustafayev xatırladıb ki, 2023-cü ilin dekabrında Azərbaycan–İran sərhədində Astaraçay körpüsü və sərhəd-keçid məntəqəsi istifadəyə verilib.
Hazırda Araz çayı üzərində Ağbənd–Kəlalə avtomobil körpüsü inşa edilir. Layihə bu ilin sonuna qədər, sərhəd-gömrük infrastrukturu isə gələn ilin birinci rübünədək tamamlanacaq.

Bundan əlavə, Horadiz–Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində istismara verilməsi planlaşdırılır. Bu infrastruktur Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərini birləşdirərək Fars Körfəzindən Qara Dənizə çıxışı təmin edəcək.

Energetika sahəsində Azərbaycan, Rusiya və İran elektrik şəbəkələrinin üçtərəfli əlaqələndirilməsi layihəsi müzakirə edilib. Bu təşəbbüs ölkələr arasında elektrik enerjisi mübadiləsini və ticarətini genişləndirməyə imkan verəcək.

Gömrük infrastrukturunun rəqəmsallaşdırılması və sadələşdirilməsi, həmçinin sərhəd-buraxılış məntəqələrinin sinxron şəkildə təkmilləşdirilməsi də görüşdə əsas müzakirə mövzularından biri olub.

Şahin Mustafayev bildirib ki, oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas infrastruktur obyektlərinə birgə baxış keçirəcəklər.

Görüşün sonunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın inkişafına dair Kommunike qəbul olunub.

Xəbər 3161 dəfə oxunub.




18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +