İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...
Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı


24.07.2019  09:21 

Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir”





A+  A-

“Ölkəmiz insanın yaşayışı üçün ən əlverişli ərazidə yerləşir. Bakının iqlimi, bütün Azərbaycanın hava şəraiti yaşamaq üçün uyğundur”.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Bakının dəyişkən iqlimi haqqında danışarkən Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq-alim Telman Zeynalov söyləyib. O bildirib ki, Bakının hava şəraiti mülayimdir:

“Bakı küləklər şəhəridir. Dəniz sahilində yerləşir, yarımada formasında Xəzərin içərisinə uzanır. Ona görə, paytaxtımızda küləklər əsir, hava şəraiti dəyişkən olur. İstəyir qərb və şərqdən, istəyir şimal və cənubdan olsun, həmişə küləklər əsir. Bəzən insanlar iddia edirlər ki, Bakı iqlim cəhətdən yaşamaq üçün əlverişli şəhər deyil. Halbuki biz Bakının qədrini bilmirik”.

T. Zeynalovun sözlərinə görə, bütün dünyada dəyişkən iqlim şəraiti hökm sürür. Ekoloq düşünür ki, bu, insanların qəlib hesab etdiyi faktorlarla deyil, müharibələrdə metereoloji silahlardan istifadə edilməsi ilə bağlıdır:

“Hər kəsin həqiqət hesab etdiyi iddialar ortaya atıblar – guya Yer kürəsinin iqliminin dəyişməsinə səbəb olan karbon qazıdır. Bu, çox əsassız və gülünc fikirdir. İqlimin dəyişməsinə, qlobal istiləşməyə səbəb olan münaqişələrdə, müharibələrdə metereoloji silahlardan istifadə edilməsidir. Bütün dünyada müşahidə edilən kəskin hava dəyişkənliyindən Azərbaycdan da öz payını götürür.

Bir zamanlar iqlim dəyişiklikləri aktiv müzakirə mövzusu olanda zavodları bağladılar, əhalini işsiz qoydular. Guya karbon qazını azaldacaqdılar. Halbuki karbon qazı atmosfer üçün normaldır”.

Son illər Bakının kəskin dəyişkən iqliminin ziyanlı olmadığını vurğulayan T. Zeynalov insanların buna öyrəşəcəyini düşünür:

“Müəyyən müddətdən sonra sakinlər dəyişkən iqlimə uyğunlaşırlar. İnsanın bədənində isti, soyuq hava şəraitinə uyğunlaşmaq üçün immunitet yaranır. Eynilə tez-tez dəyişən hava da müəyyən müddət sonra adiləşir”.

Xəbər 3022 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +