“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


13.10.2017  10:12 

XİN-dən Abdulla və Xədicə ilə bağlı AÇIQLAMA





A+  A-

Valideynləri İŞİD-ə qoşulan 4 yaşlı Abdulla Azərbaycana gətirilib.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O qeyd edib ki, azyaşlı 12 oktyabr gecə saatlarında Bakıya gətirilib:

“Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiətilə Abdulla adlandırılan azyaşlı azərbaycanlı uşağın Azərbaycana gətirilməsi təmin olunub”.

H.Hacıyev deyib ki, digər azərbaycanlı uşağın sənədləşmə işləri başa çatmayıb:

“Mətbuatın Xədicə adlandırdığı uşaqla Abdulla adlandırılan uşaq bacı-qardaş deyil. Xədicənin valideynlərinin, yaxınlarının kimliyi müəyyənləşdirilir”.

XİN rəsmisi bildirib ki, hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycanda olan uşağın qohumlarına təhvil verilməsi istiqamətində işlər aparılır.

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Telafer şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. İlk dəfə Rusiya televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.

Onların valideynlərinin İŞİD terror təşkilatına qoşulduğu və daha sonra öldürüldüyü bildirilir.

Xəbər 2932 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +