“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


12.10.2017  11:09 

İş adamının qardaşı yenidən Lənkəran MERO-ya qayıdır?





A+  A-

Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi, polkovnik-leytenant Taryel Məmmədov təqaüdə çıxmağa hazırlaşır.
XəzərNews.az-a verilən məlumata görə, artıq bir neçə gündür rəis iş yerində çox az-az görünür, vəzifəsini müavini icra edir.

2017-ci ilin fevralında Baş Dövlət Yol Polisi İdarəsinin regional imtahan-qeydiyyat şöbələrinin rəhbərliyində dəyişiklik edilmişdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin (Lənkəran MERO-nun) rəisi Əlixan Zeynalov işdən azad olunmuşdur. O, Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi təyin olunub. Əlixan Zeynalovun yerinə isə Gəncə şəhər imtahan-qeydiyyat şöbəsinin rəisi, polkovnik-leytenant Taryel Məmmədov təyin olunmuşdur.

Verilən məlumata görə, Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə yenidən Əlixan (Elxan) Zeynalovun təyinatı gözlənilir. Ə.Zeynalov QMİ sədri A.Paşazadənin biznes şəriki kimi tanınan iş adamı Ramazan Zeynalovun (Hacı Mazan) qardaşıdır. Ramazan Zeynalovun oğlu Bayram Zeynalov isə Sumqayıt şəhərində 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi rəisidir.

Qeyd edək ki, bu şöbə Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı sakinlərinə xidmət göstərir.


Xəbər 11523 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +