“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


08.08.2017  12:53 

“Maqa” həbs olunmayıb, avqustun 17-si toyudu - Şok iddia





A+  A-

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov həbs edilməyib.
XəzərNews.az AzNews.az-a istinadən xəbər verir ki, bunu "facebook" sosial şəbəkəsinin istifadəçisi Diana Talışinskaya yazıb. Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən "Mazda"nın sürücüsü "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov toya hazırlaşır:

“Avqust ayının 12-si qız, 17-si isə oğlan toyudu. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Oğlanın da adı Orxandır. Atası, qardaşı polis olanda belə olur. Belə şeyləri “Kurtlar vadisi” kimi seriallarda görmüşdük”.

Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Galendewagen"in sükanı arxasında olan N.Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi.

Xəbər 2755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +