İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...
Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı


12.05.2017  19:07 

MTN agentlərinin gerçək adları da açıqlandı - SİYAHI





A+  A-

Məlum olduğu kimi, ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə İttiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb. 7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi agentlərin "kod adları”, bəzilərinin isə həqiqi adları öz əksini tapıb.
İttiham aktından belə bəlum olur ki, Elçin Quliyev, müavini İlqar Əliyev və digərlərinin təkcə 2011-2015-ci illərdə "Şimal küləyi” və "Qütb gecəsi” adlı əməliyyatlara xüsusi xərclər smetasından ayrılan 7 milyon manatdan artıq pul guya sözügedən əməliyyatlarda informator rolunu oynayan müxtəlif "etibarlı şəxslərə”, yəni agentlərə ödənilib. Lakin istintaq bu "etibarlı şəxslərin” çox az qisminin kimliyini müəyyənləşdirə bilib. Adları müəyyənləşdirilməyən agentlərin "kod adları” aşağıdakılardır:

"Terminator” – Şəxsi işi Hilal Əsədovda olan bu agentə 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul ödənildiyi yazılıb.

"Samir” – 82 min AZN, 53 min ABŞ dolları, 6 min avro. Bundan başqa 2013-cü ilin prezident seçkiləri ərəfəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilib.

"Agent Dəniz” – Adına 35 min AZN, 13 600 Avro, 1200 dollar yazılıb.

"Hətəm” – Adına 217 min AZN, 33 min Avro, 5400 ABŞ dolları yazılıb.

"Atilla” – Adına 12 min AZN, 44 600 Avro, 1800 ABŞ dolları yazılıb.

"Əlizadə” – "Fəal istifadə olunduğuna görə” 15 min AZN mükafat alıb.

"Qəhrəman” – 31500 AZN pul alıb.

Bunlar kimlikləri müəyyənləşdirilməyən və yaxud, müəyyənləşdirilib, açıqlanmayan agentlərdir. Lakin 4 şəxsin kimliyi İttiham aktında öz əksini tapıb. Həmin şəxslərdən 2-sinin adı KİV-lərdə açıqlanıb.

AzPolitika.info adları ittiham aktında açıq şəkildə yazılan agentlərin siyahısını təqdim edib.
XəzərNews.az həmin siyahını diqqətinizə çatdırır:

1. Etibarlı şəxs "BET” – Behbudov Elçin Tofiq oğlu. 2013-cü ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Hər ay MTN-dən 2 min AZN pul alıb, xarici səfərləri maliyyələşdirilib.

2. Etibarlı şəxs "YFH” – keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu. 2015-ci ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Bu müddət ərzində ona 90.000 min AZN pul ödənilib.

3. "Etibarlı şəxs "İƏ” – Əliyev İlqar Talışxan oğlu. "Yeni Sabah” İctimai Birliyinin rəhbəri. 2011-2015-ci illərdə 132 min AZN, 6100 ABŞ dolları, 2400 avro alıb.

4. Etibarlı şəxs "TT” – Məmmədov Elnur Vaqif oğlu. 2014-cü ildən əməkdaşlığa cəlb olunub. 2011-ci ildə AR CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il həbs cəzası alıb. Taleh Bağırovun "Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verdiyinə görə 10 min AZN birdəfəlik pul mükafatı alıb.

Bir daha qeyd edək ki, söhbət bu şəxslərin yalnız 2 əməliyyat – "Şimal küləyi” və "Qütb gecəsi” əməliyyatlarında iştirakından və aldıqları pullardan gedir.

Xəbər 3344 dəfə oxunub.




16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +