“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


30.07.2025  14:12 

QHT-lər üçün infosessiya keçiriləcək





A+  A-

İnfosessiyada müsabiqə ilə maraqlanan qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edə bilər.

XəzərNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci il üzrə elan olunmuş qrant müsabiqələri ilə bağlı açıq infosessiya keçiriləcək. İnfosessiya 31 iyul 2025-ci il tarixində saat 16.00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (ünvan: Xətai rayonu, Mehdi Mehdizadə 33, Simurq plaza, 8-ci mərtəbə) təşkil olunacaq.
İnfosessiya çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri və Müsabiqə Komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumatlar veriləcək.
Qeyd edək ki, 21 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” elan edilib. Müsabiqələrə müraciət üçün son tarix 4 avqust 2025-ci il, saat 18:00 müəyyən olunub. Sənədlərin qəbulu mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir.

Ətraflı məlumat üçün:

Tel.: 147 (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qaynar xətti)
Mob.: +994554685254 (Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi)


Xəbər 579 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +