Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.04.2020  14:49 

Çin yeni koronavirus dalğası barədə xəbərdarlıq etdi





A+  A-

Bütün ölkələr yayda pandemiyanın öhdəsindən gələ bilməyəcəyi təqdirdə, noyabr ayında koronavirus infeksiyalarının yeni dalğası başlaya bilər.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şanxayın “Huaşan” xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Çjan Venhun bildirib.

“Noyabr ayından sonra ciddi problemlə qarşılaşa bilərik. Hesab edirəm ki, epidemiyanın növbəti dalğası təxminən noyabrda başlaya bilər”, – o deyib.

Həkimin sözlərinə görə, Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada da koronavirusun yayılması qeydə alındığından yay aylarında pandemiyanın tamamilə aradan qaldırılacağının qeyri-mümkün olduğunu təxmin etmək olar.

“Qış gələndə hamı yenə evdə qalacaq”, - həkim xəbərdarlıq edib.

Bununla belə, Ç.Venhunun sözlərinə görə, bir çox ölkədə infeksiyanın diaqnostikası sahəsində qazanılmış təcrübə sayəsində koronavirusun növbəti dalğası o qədər də böyükmiqyaslı olmayacaq.

“Amma tibbi resursları kifayət qədər olmayan ölkələr, məsələn, Afrika və Cənubi Amerika dövlətləri üçün növbəti qışda çətinliklər olacaq”, - həkim söyləyib.

O qeyd edib ki, dünyada epidemioloji vəziyyətə nəzarət məhz bu bölgələrin ölkələrindən asılıdır.

Xəbər 1392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +