Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


24.07.2018  10:08 

İsveç son 260 ilin ən isti yayını yaşayır





A+  A-

İsveç son 260 ilin ən isti iyul ayını yaşayır və ölkəni cənginə alan meşə yanğınlarının öhdəsindən gələ bilmir.
XəzərNews.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda orta aylıq temperatur göstəricilərini 1756-cı ildən qeydə almağa başlayıblar. İsveç meteoroloqları bildirirlər ki, bu ilin iyul ayı meteomüşahidələrin bütün tarixi ərzində ən isti və quraq iyul ayıdır. Bütün ay ərzində havanın temperaturu nadir hallarda 30 dərəcədən aşağı düşüb, yağıntının miqdarı isə o dərəcədə az olub ki, ölkə çox güclü quraqlıq problemi ilə üzləşib.

Yerli KİV-lər yazırlar ki, indiki hava şəraiti bu şimal ölkəsinə xas olmayan haldır. Meteoroloqlar bildirirlər ki, bu həftə termometrin civə sütunu bir qədər də yüksələcək.

Bütün bunlar İsveçin üzləşdiyi digər qorxunc hadisənin – meşə yanğınlarının fonunda daha böyük problem yaradır. Ölkə ərazisində meşə yanğınları baş alıb gedir. Yanğınların qarşısını almağa gücü çatmayan İsveç Avropa İttifaqından yardım istəyib. Ən iri yanğın ocaqları İsveçin mərkəzi bölgələrində - Yevleborq, Yemtland, Dalarna və Helsinqlandda, habelə şimalda - Qütb dairəsi zonasında və Baltik dənizindəki Qotland adasındadır. İsveç radiosunun məlumatına görə, ölkənin müasir tarixində ən iri meşə yanğınları Yusdal kommunasında (Yevleborq dairəsi) qeydə alınıb. Burada 13 min hektardan çox meşə sahəsi alovlar içindədir.

Ölüm halları və yaralılar barədə məlumat hələlik yoxdur. Hakimiyyət orqanları risk zonasında yerləşən şəhər və kəndlərin sakinlərini müntəzəm olaraq təxliyə edirlər. Təbii fəlakətə qarşı mübarizə tədbirlərinə yanğınsöndürənlərlə bərabər, hərbçilər və könüllülər cəlb olunub.

İyulun 21-də Avropa İttifaqı İsveçə əlavə yardım göstərəcəyini vəd edib. Aİ-nin rəsmi bəyanatında deyilir: “Komissiya fasiləsiz işləyir, çünki İsveç görünməmiş miqyasda meşə yanğınlarına qarşı mübarizə aparmaq üçün Aİ-dən yardım istəyib”.

Bu arada İtaliya və Fransanın yanğınsöndürən təyyarələri, Norveç və Almaniyanın helikopterləri artıq İsveçdə işləyir. Daha əvvəl Polşadan xeyli yanğınsöndürən maşın və 140-dan çox yanğınsöndürən, Almaniyadan yanğınsöndürənlərdən ibarət böyük qrup və Fransadan əlavə qüvvələr İsveçə gəlib. Litva və Danimarka da kömək edəcəklərinə söz veriblər.

Xəbər 1459 dəfə oxunub.



14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +