Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


26.10.2023  17:16 

Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir





A+  A-

Azərbaycanın turizm imkanları 26-29 oktyabr 2023-cü il tarixlərində Yaponiyanın Osaka şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan 2023) tanıdılır.

Xəzərnews.az xəbər verir ki, sərgi iştirakçılarına ölkəmizin malik olduğu mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilir.

Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Gerso Travel”, “Asia Travel” və “ENC Tours” turizm şirkətlərinin nümayəndələri ilə Osaka Turizm Bürosu, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil olunur, əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında 2022-ci ildə “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Memorandumda turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.

9-cusu keçirilən və 70 ölkədən 1275 şirkətin təmsil olunduğu sərgi Asiya regionu üzrə əsas turizm platformalarından biri hesab olunur.







Xəbər 1274 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +