Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.11.2022  17:41 

O gün hamı Allahı axtarırdı...





A+  A-

O gündən 22 il ötür. O gün (25 noyabr, saat 21-30 radələri) paytaxt Bakı necə silkələndisə, bir neçə saniyə də belə davam etsəydi, qəzəbindən titrəyən yer məhvərindən qopub adamları topa halında altına göməcəkdi.

O gün təkcə yer titrəmirdi, insanların ruhu da, beyni də güclü bir titrəyişə məruz qalmışdı, sanki.

Gecənin qaranlığı ölüm kabusunu xatırladırdı. Hamı vahimə içində idi: ağlaşan kim, göz yaşları içində imdad diləyən kim, hara gəldi qaçan kim...

Rixter şkalası üzrə 6,8 ballıq zəlzələ bir anın içində hamını adiləşdirdi, eyniləşdirdi, yazıqlaşdırdı, mütiləşdirdi.

Qəfil silkələnmə elə qəfil yaxalamışdı bizi: kimini yataqda, kimini hamamda, kimini dar macalda, kəsəsi - hərəni bir məqamda.

İnsanların içindəki kin-küdurət, təkəbbür, hiylə və riya... bir anın içində sanki havaya sovrulmuşdu. Hamı "əsərin baş qəhrəmanını" - Allahı axtarırdı...

Zəlzələnin vəlvələ hissəsi bitər-bitməz yenə əvvəlki halımıza döndük.

Yaradanın xəfif “təbəssümünü” - bu möhtəşəm "səhnəni" dəyərləndirə bilmədik.

V.Hüseynov
XəzərNews.az


Xəbər 1079 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +