Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.12.2018  18:03 

Polislər bu dəfə hamilə qadını xilas etdi - Körpəyə onların adı verildi





A+  A-

Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanovla Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.

Qadın xilas edilərək dərhal başqa bir avtomobilə əyləşdirilib və YPX-nin avtomobillərinin müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib.

Xanımın yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.

Xəbər 1702 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +