Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


01.05.2024  09:31 

“Birbank” çökdü, müştərilər ayağa qalxdı: “Anamın əməliyyat pulunu ödəyə bilmədim”





A+  A-

Ötən gün “Kapital Bank”a aid Birbank tətbiqinin fəaliyyətində nasazlıq yaranması müştərilər arasında narazılığa səbəb olub.

Xəzərnews.az Yeni Sabah-a istinadla xəbər verir ki, birbank tətbiqində tez-tez təkrarlanan bu kimi hallar sosial mediada bankın müştərilərinin etirazı ilə qarşılanıb.

Bankın müştərilərindən biri qeyd edib ki, təhlükəsizlik səbəbiylə debet kartında saxladığı vəsaitə limit müəyyən edib. Anasının təcili əməliyyatı üçün kassada ödəniş edərkən birdən məlum olub ki, tətbiq işləmir. Bu isə Birbank-a etibarı azaldır.

“Anam təcili əməliyyat olunmalı idi. Ödəniş üçün bütün pulu debet kartıma yüklədim. Təhlükəsizlik səbəbiylə karta limit qoydum. Ödəniş etmək istəyərkən tətbiqdən limiti qaldırmaq istədim. Amma proqram işləmədi. Dost-tanışlar nağd pul gətirdilər. Daha sonra proqram işləməyə başladı. Çətin gündə məni çətin durumda qoydunuz. Bir daha etibar edib sizin kartda pul saxlamaram”- bank müştərisi əlavə edib.

Ümumilikdə, Birbank müştəriləri qeyd edirlər ki, bu kimi hallar tez-tez, xüsusilə də ay sonlarında təkrarlanır. Öncədən isə bununla bağlı xəbərdarlıq edilmir. Ən böyük müştəri bazası olan bank texniki, profilaktik işlər gecə saatlarında aparılmalı olduğu halda, gündüz edir.

Xəbər 3987 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +