Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.03.2024  10:06 

Mənim üçün bu, çox böyük bir faciədir





A+  A-

“Mən studiyamızda çox insanları barışdırmışam. Ancaq çox insanları barışdıran, barışdırmağa cəhd edən Elgiz bəy özü bir qəlb sındırıb”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri teleaparıcı Elgiz Əkbər deyib.

O, Xalq artisti Naibə Allahverdiyevanın xətrinə dəydiyini etiraf edib:

“Bunu bilməyərəkdən etmişəm. Çox üzülürəm. Səhərə qədər yata bilməmişəm, gözüm şişib. Biz Naibə Allahverdiyeva ilə 40 ilə yaxındır dostuq. Uşaq vaxtımdan onu tanıyıram, dostum kimi, qonşum kimi. Həmişə məni teatra o aparardı… Biz dost olmuşuq. Bizim o qədər gözəl yaradıcılıq əlaqələrimiz olub ki… Mən televiziyaya gələndən sonra da mənə dəstəyi çox olub. Bir-iki gün öncə onun yubileyi keçirildi, mənsə ora getmədim”.

Elgiz yaddaş pozğunluğundan əziyyət çəkdiyini deyərək, dostunun yubiley gecəsini unutduğuna görə peşman olduğunu bildirib:

“Nəinki mən, mənim adımdan ora dəvət olunan heç kim orada olmayıb. Bizim yerimiz boş qalır. Mənim üçün bu, çox böyük bir faciədir. Mən çox ayıb iş görmüşəm. O, mənə 15 gün öncə dəvətnamə göndərmişdi, mənim də yaddaşım zəyifləyib. Elə ikimiz bu işi həvalə etdik Aytən adlı xanıma ki, bir-gün əvvəl xəbər et bizə. Bu Aytənin başına da iş gələr… Aytən də unudar. Axşam telefona baxdım, gördüm ki, “Naibə Allahverdiyevanın yubileyi keçirilib” başlıqlı xəbərlər var. Çox pis oldum. Özüm özümə nifrət elədim. O, çox yaxşı dostdur. O, pis günün dostudur”.

Xəbər 1311 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +