Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
11 tələbənin təqaüdü kəsildi
Fərman Abbasov vəzifədən atıldı
Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video
“Appro Hospital“da qalmaqal -VİDEO
Xəstəxana direktoru işçini döyüb? - Video


23.10.2025  13:22 

“Podium Park”da müştərinin çantası oğurlandı – Fotolar





A+  A-

2025-ci il 16 oktyabr tarixində Bakı şəhər sakini Xanım Qafarovanın əl çantası paytaxtın Hüseynbala Əliyev küçəsində yerləşən “Podium Park” mağazasında oğurlanıb.

X.Qafarova XəzərNews.az-a bildirib ki, mağazaya daxil olarkən mühafizə xidməti ondan çantanı saxlanc yerinə qoymağı tələb edib. O, göstərişə uyğun olaraq çantanı saxlanc yerinə yerləşdirib, lakin cəmi beş dəqiqə sonra mağazaya gələn Məmmədova Nərmin Elçin qızı həmin saxlanc qabını açaraq çantanı oğurlayıb.

X.Qafarovanın bildirdiyinə görə, çantanın içərisində 2556 manat nağd pul, bahalı makiyaj vasitələri, ətirlər, dörd pulqabı və bir neçə bank kartı olub. O qeyd edib ki, oğurlanan pul yetim bir uşağın əməliyyatı üçün toplanmış vəsait idi.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində cinayət işi başlanıb. Polis istintaqı nəticəsində zərərçəkənin sənədləri tapılaraq qaytarılsa da, pul və digər əşyalar hələlik tapılmayıb.

X.Qafarova bildirir ki, mağaza rəhbərliyi saxlanc yerinin ikinci açarının kimdə olduğu barədə suala cavab verə bilmir. Mağaza tərəfi həmçinin, çantada olan əşyalar üçün məsuliyyət daşımadıqlarını bəyan edib və bu kimi hadisələrin tez-tez baş verdiyini etiraf edib.

Qeyd edək ki, “Podium Park” mağazasında mühafizə xidməti müştərilərin çantalarını saxlanc yerlərində saxlamasını məcburi şərt kimi tələb edir. Bu halda mağaza müştərinin əmlakına görə məsuliyyət daşımalı olur. Görünür, “Podium Park” mağazası bu qaydalardan xəbərsizdir.








Xəbər 2629 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +