7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


15.08.2025  18:04 

“Unibank”a aid şirkətin itkiləri 812 mln. manatı ötüb





A+  A-

"Unibank”a aid şirkətin Bakı Fond Birjası üzrə dövriyyəsində azalma 812 milyon manatı ötüb.

Söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir.

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 4742 əqd üzrə 1,32 mlrd. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 38% və ya 812,4 mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 3375 əqd üzrə 2,13 mlrd. manata bərabər olmuşdu.

"Unicapital”ın dövriyyəsinin bir əqd üzrə orta dəyəri 277,6 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 56% azalma deməkdir.

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 435,6 milyon manatı korporativ istiqrazların, 786,8 milyon manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 77,46 milyon manat, AMB-nin notları 14 milyon manat, səhmlər isə 2,66 milyon manat təşkil edib.

Xatırladaq ki, "Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və "Unibank”ın törəmə şirkətidir. "Unibank”ın səhmlərinin əsas hissəsi - 94,08%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara aiddir./Valyuta.az

Xəbər 2663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +