Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


09.03.2023  16:19 

Quru sərhədlər bu tarixdə açılır?





A+  A-

Dünya ölkələrində koronavirusla bağlı məhdudiyyətlər getdikcə aradan qaldırılır. Qətər hökuməti də koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib.

XəzərNews.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.

Dünyada koronavirusa yoluxanların sayının kəskin azalması, müxətlif ölkələrdə karantinlə bağlı qadağaların ləğv edilməsi Azərbaycanda da karantin rejiminin ləğvini gündəmə gətirib. Əslində ölkədə koronavirusla bağlı qadağalar içində əsasən quru sərhədlərin açılması daha çox müzakirə olunur. Belə olan halda may ayının 1-dən ölkədə quru sərhədlərin açılma ehtimalı da yaranıb. Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramova müraciət etdik və sərhədlərin yaxın gələcəkdə açılma ehtimalı ilə bağlı fikirlərini öyrəndik.

Deputat BAKU.WS-ə bildirib ki, əksər ölkələrdə mərhələli şəkildə koronavirusla bağlı qadağalar aradan qaldırılıb: "Azərbaycanda da COVID-19-la bağlı qadağaların ləğvi mərhələli şəkildə təklif olunub. Ən çox müzakirə olunan məsələlərdən biri quru sərdədlərin açılması ilə bağlıdır. Biz mərhələli şəkildə və epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılmasını təklif edirik.

Qarşıda turizm mövsümü gəlir və Azərbaycana gələn turistlərin təxminən 70 faizi sərhədimiz olan ölkələrin payına düşür. Bu isə turizmin inkişafı baxımından vacibdir. Eyni zamanda vətəndaşlarımızın qonşu ölkələrə daha asan və az xərclə getməsi də önəmlidir.

Quru sərhədlərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu məsələdə təkcə bizim ölkə deyil, sərhəd qonşularımızdakı epidemioloji vəziyyət də nəzərə alınır. Operativ Qərargahın mövcud vəziyyəti nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərlə bağlı qərar qəbul etməsini məqbul sayıram".

Xəbər 2670 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +