Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


22.07.2022  11:26 

Mətbuat siyasəti buna deyirlər?





A+  A-

Mətbuatımız bu gün kliniki ölüm vəziyyətindədir. Onun iqtisadı azadlığını əlindən alaraq həqiqətdən tamamilə məhrum ediblər. Həqiqətin yanında olmayan mətbuatın inadla oxucu və tamaşaçı yığmaq cəhdləri isə sadəcə lətifədir. Mətbuat siyasi hakimiyyətə alternativ olmalı ikən, onun qanunsuz saxladığı “gözəlçə”yə bənzəyir.

Qanunvericiliyimizdə media qurumlarına dövlət büdcəsindən maliyyə ayırmaq qadağandır. Bunun adı rüşvətdir. Sivil yollarla pul qazanmaq imkanlarından məhrum edilən media aldığının müqabilində hakimiyyətin istəklərini təmin edir - onun xoşuna gəlməyən materialları vermir və yazmır.

O gün baxıram, internet saytları Media Agentliyinin maliyyə siyahısına düşdükləri üçün biri-birini təbrik edirlər. Bu, ananın yasında yığılan pullarla atəşfəşanlıq düzəltməyə bənzəyir. Heç olmasa bir az kədərlənmək lazımdır. Bu hissi də itiririksə, vəziyyət çox pisdir.

Təsəvvür edin, məşhur saytlar var, hansısa etiraz aksiyasına müxbir göndərdiyi halda Daxili İşlər Nazirliyinin press-relizini verir. Orada isə etirazın səbəbi yoxdur. Sanki camaat dəli olub küçəyə çıxıb, polis də onları döyə-döyə ağıllandıraraq içəri doldurub.

Yaxud benzinin qiyməti qalxır, yazmağa çəkinirlər, xəbəri qiymətin dəyişməsi kimi təqdim edirlər. Bu ki siyasi hadisə deyil. Bahalaşıb də. Bahalaşmanı qiymət dəyişməsi kimi yazanda adamlar başa düşmür?

Yaxud mətbuat nə yazdı-yazmadı adamlar yanacaqdoldurma məntəqələrinin lövhələrini görmürlər? Bütün bunlar hansı düşüncənin məhsuludur? Mətbuat siyasəti buna deyirlər?

Azərbaycan cəmiyyətindən nə düzəltmək istəyirlər? Gülməli burasıdır ki, “benzinin qiyməti qaxdı” xəbərini “benzinin qiymətində dəyişiklik oldu” yazanlar efirə çıxıb mətbuatın tale yüklü problemlərindən danışır, perspektivləri müzakirə edir, “Əkinçi” və “Molla Nəsrəddin” ənənələrindən nümunə gətirirlər. Nəticədə xaricdən yayımlanan söyüş mediası təşəbbüsü ələ alır.

Media həssas sahədir. Onu bu şəkildə ələ salaraq sıxışdırmaq odla oynamağa bənzəyir. Nəticəsi mütləq ağır olur. Ümid edirəm, bu kliniki ölüm mətbuatımızın sonu olmayacaq. Bütün azad düşüncəli, vicdanlı, əlindəki imkanlar alınsa da simasını qorumağı bacaran qələm adamlarına səbir arzu edirəm. Tale bizə 22 iyula layiq olmağı nəsib etsin.

Şərif Ağayar

Xəbər 3771 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +