Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


24.12.2021  09:29 

“JEK”lər LƏĞV EDİLİR - Alternativ nə olacaq?





A+  A-

"Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer aldığını deyib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az saytına danışarkən vurğulayıb ki, “JEK”lər ləğv edilməli, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir:

““JEK”lərə maliyyə ayrılmadığı üçün demək olar ki, öz funksiyalarını tamamilə itiriblər. Hazırda ancaq kiçik işlər görürlər.

Maliyyə ayrılmadığı üçün əvvəlki kimi texniki avadanlıqları yoxdu, mütəxəssisləri sıradan çıxarıb, işçilərin sayını azaldıblar. Əgər əvvəllər hər “JEK”də onlarla şəxs çalışırdısa, texniki vəsaitləri, maşınları var idisə, indi heç biri yoxdu. Kasıb vəziyyətə düşdükləri üçün fəaliyyətləri də gözə görünmür.

"JEK”lərin ləğvi məsələsi bir neçə il bundan öncə qaldırılmışdı. Mən “JEK”in bələdiyyələrə birləşdirilməyini təklif etmişdim. Çünki bu səlahiyyətləri bilavasitə bələdiyyələr yerinə yetirə bilərlər. Ancaq onun da tərəfdarı deyiləm ki, burada uzun müddət çalışanlar işsiz qalsınlar. Əlbəttə ki, bu səlahiyyətlər bələdiyyələrə veriləndən sonra orada çalışan, bu sahəni yaxşı bilən işçilər bələdiyyələrin nəzdində fəaliyyət göstərməlidirlər”.

Deputat deyib ki, ümumiyyətlə, hansı struktur öz fəaliyyətini yerinə yetirə bilmirsə, ləğv edilməlidir:

“Əgər bu gün hansı struktur öz vəzifəsini yerinə yetirə bilmirsə, düşünürəm ki, ləğv edilməlidir. Çünki öz fəaliyyətini bilməyən struktur artıq orqanizm kimidir.

“JEK”lərdəki vəziyyət də belədir. Ştatlar azaldılıb, fəaliyyət ən aşağı səviyyəyə enib. Amma qeyd etmək lazımdır ki, mütləq alternativ bir təşkilat olmalıdır. Bu alternativ təşkilat olaraq, mən bələdiyyəni görürəm. Bələdiyyə bu gün ərazilərdə müəyyən xidmətləri edə bilir. “JEK”lər birmənalı olaraq, ləğv edilməlidir”.


Xəbər 3406 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +