Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


28.08.2023  16:58 

Partlayış zamanı 2 nəfər xəsarət alıb... - Video





A+  A-

Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 90 m² olan fərdi yaşayış evində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə, ümumi girişin tavan və dam örtüyü 30 m² sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı isə uçub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan iki nəfər təcili yardım briqadasına təhvil verilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb, yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.



Xəbər 3207 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +