Biləcəridə ağır yol qəzası baş verib - VİDEO
Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində


27.08.2021  19:37 

Azərbaycanda yeni PUA hazırlandı





A+  A-

“Elm və Texnologiya Parkı” MMC kənd təsərrüfatında tətbiq olunan pilotsuz uçuş aparatı istehsal edib.
Bu barədə XəzərNews.az-a AMEA-dan məlumat verilib.

Pilotsuz uçuş aparatı (PUA) (NF-10) ilə Neftçala rayonunda fərdi fermer Rahim İmanova məxsus pambıq sahəsində uçuş keçirilib.

Görüşün əsas məqsədi müəssisənin istehsal etdiyi dronun, həmçinin multispektral kamera vasitəsilə çəkilişlərin və PUA-nın pambıqçılıqda tətbiqi imkanlarını nümayiş etdirməkdir.

Uçuş missiyası 20 hektar sahədə, 37 dəqiqə davam edib. PUA-ya birləşdirilən multispektral kamera (MicaSense RedEdge-M) vasitəsilə şəkillər əldə olunub. Fotoşəkillər “Agisoft Photoscan” proqram vasitəsilə emal edilib və sahə üzrə vegetasiya indeksi müəyyənləşdirilib.

Hazırda kənd təsərrüfatında geniş tətbiq edilən müasir və dəqiq texnologiyalardan biri NVİF (Normallaşdırılmış Vegetativ İndeks Fərqi) - NDVI (Normalized Difference Vegetation Index) analizidir.

Bu texnologiya kənd təsərrüfatı sahələrinin xüsusiyyətlərini, aqrokimyəvi tərkibini təhlil etmək imkanları yaradır. Bu xidmət əkin sahələrinin səmərəliliyinin artırılması, maya dəyərinin azaldılması, ətraf mühitin qorunması və məhsuldarlığın artırılmasına yönəlmiş müasir texnologiyadır. Kənd təsərrüfatı sahəsində multispektral analizin məqsədi fermerlərə əkin sahəsində görə bilmədiklərini müşahidə etmək, bitkilərin səmərəliliyini və sağlamlığını təyin etmək imkanının təqdim olunmasıdır. Müntəzəm olaraq NVİF analizi sayəsində kənd təsərrüfatı sahələrində dəyişikliklər dinamikasını izləmək, həmçinin torpaq sahələrinin məhsuldarlığı və münbitliyini müəyyən etmək mümkündür. NVİF həm də bitki örtüyünün sıxlığını xarakterizə edir ki, bu da bitkişünaslara (aqranom) bitkilərin cücərmə və böyümə vəziyyətini, torpaq sahəsinin məhsuldarlığını qiymətləndirməyə imkan yaradır.

Mütəxəssislər NVİF vasitəsilə bitki örtüyünün bütün torpaq sahəsində, həm də onun ayrı-ayrı hissələrində kəmiyyət cəhətdən qiymətləndirilməsi, məhsuldarlığın hesablanması, bitkilərin cücərməsinin və böyüməsinin müşahidəsi, eləcə də torpaq sahələrinin məhsuldarlığının təhlil olunması imkanı əldə edirlər.

Xəbər 3584 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +