Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb
AzTV-də üzə çıxan nöqsanlar...
Elşən Məhərrəmov vəfat edib
Tanınmış bloger axtarışa verildi -FOTO
Mehdiyevlər İmişli bazarını belə ələ keçirib...-ŞOK DETALLAR
Daha bir çörək sexi bağlandı
Sosial sığorta haqqı artırılır?
Rəşad Məmmədovdan kütləvi şikayət var - VİDEO
“Üzüm“ restoranının səsi sakinlərin narahat edir - VİDEO


04.08.2017  22:17 

Polkovnik “Gelandewagen” qəzasından danışdı - “Hadisəni törədən şəxs məsuliyyətə cəlb olunacaq”





A+  A-

Xəbər verildiyi kimi ötən gün axşam Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı ciplə dəhşətli qəza törədilib.
Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada yaralanıb. Həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsusdur.

XəzərNews.az xəbər verir ki, Virtualaz.org Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidova sorğu ilə müraciət edərək bu nazirliyin məsələyə rəsmi münasibətini öyrənib.

- Həqiqətən ötən gün axşam saat 21.20 radələrində Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, “Mercedes Gelandawagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ 2115 markalı avtomobillə toqquşub, daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb.

Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub.

- Hüquq-mühafizə orqanları geniş ictimai rezonansa səbəb olan bu hadisə ilə bağlı hansı tədbirləri görür?

- Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

- Mətbuat yazır ki, qəzaya düşən avtomobilin sahibi yüksək vəzifəli məmurlardan birinin qohumudur və məlumatlara görə həmin şəxs özü də avtomobildə olub. Bu məlumatlarla bağlı nə deyərdiniz?

- Kimliyindən asılı olmayaraq bu hadisəni törədən, yəni avtomobilin sükanı arxasında olan şəxs qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunacaq.

Xəbər 2803 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +