Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


16.11.2023  16:48 

Azərbaycanın turizm imkanları Özbəkistanda nümayiş etdirilir





A+  A-

Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Özbəkistanın Daşkənd şəhərində “İpək Yolu üzərində turizm” mövzusuna həsr edilmiş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) təmsil olunur.

Xəzərnews.az xəbər verir ki, Milli stenddə ölkəmizi ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir, xarici turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.



Sərgi çərçivəsində keçirilən sessiya zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə İpək Yolunun turizm məhsuluna çevrilməsinin əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.

Daşkənd Beynəlxalq Turizm Sərgisi (TIFF) Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur.



Noyabrın 17-dək davam edəcək sərgidə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 31 416 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52% artımdır.

Ümumilikdə cari ilin yanvar-oktyabr dövründə Mərkəzi Asiya regionundan Azərbaycana səfərlərin sayı 108 516 nəfər qeydə alınıb və bu, ötən ilin eyni dövrünə nisbətdə 85% artımdır.



Xəbər 2922 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +