Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı
Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır


03.11.2023  11:06 

Fərhad Əhmədovun şirkəti parçalanır?





A+  A-

Teymur Əhmədov adına "AzNar” QSC-nin icra orqanı, direktorlar şurası və yeni redaksiyada nizamnaməsinin qəbulu barədə məsələlər müzakirə ediləcək.

Xəzərnews.az Ölkə.az-a istinadən xəbər verir ki, müzakirələr şirkətin 2023-cü il dekabrın 8-i saat 12.00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağında həyata keçiriləcək.

Məlumat üçün bidirək ki, bir müddət əvvəl "AzNar” şirkətinin rəhbəri dəyişmiş, Fərhad Əhmədovun qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilmişdi.

Həmçinin bu yaxınlarda "AzNar” QSC-nin restrukturizasiya (yenidən təşkil olunma) ediləcəyi, QSC-nin əmlakı və onun törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən "AzNar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektlərinin yaradılacağı deyilmişdi.

Xatırladaq ki, "AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.


Xəbər 3514 dəfə oxunub.




06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək


BÜTÜN XƏBƏRLƏR +