Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


23.10.2025  17:58 

Xəstəxana gözətçisi həbs edildi





A+  A-

Saatlı Rayon Mərkəzi Xəstəxanasının gözətçisi dələduzluq cinayətinə görə məhkum edilib.

XəzərNews.az xəbər verir ki, Ülvi adlı gözətçi Saatlı sakinlərindən birinin oğlunu xəstəxananın təcili tibbi yardım şöbəsinə sürücü vəzifəsinə düzəldəcəyini vəd edib və bunun müqabilində həmin şəxsdən 5000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Aldığı pulu isə şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, o, Ə.Həsənova adlı vətəndaşın pensiyasını bərpa etdirəcəyini deyərək vətəndaşın oğlundan 1500 manat pul alıb. Təbii ki, Ə.Həsənovaya verilən vəd də yerinə yetirilməyib.

Tərəflər gözətçi barəsində polisə şikayət edib. Ülvi saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Saatlı Rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Ülvi verilmiş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Xəbər 573 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +