Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


06.05.2020  12:57 

Silsilə oğurluq edən şəxslər saxlanıldı





A+  A-

İmişlidə oğurluq hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, bir qrup İmişli rayon sakini cari ilin fevral ayında Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisində yerləşən 2 evdən və 1 avtomobildən qızıl zinət əşyaları və nəğd pul oğurlamaqla vətəndaşlara ümumilikdə 8 000 manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 1402 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +