Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi


31.10.2025  15:29 

Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu





A+  A-

Xəbər verdiyimiz kimi, dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. Bu barədə müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.

XəzərNews.az xəbər verir ki, Nigar Mehdiyeva ilə bağlı qərarı Bakupost.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu onun fəaliyyəti ilə bağlı heç bir məlumata malik olmadığın deyib:

"Onkologiya üzrə Əhliman Əmiraslanov, Nəsiman bəy kimi məşhur professorlarımız var ki, onlar hətta Azərbaycandan kənarda da tanınırlar. Nigar Mehdiyeva o qədər də məşhur həkim olmayıb ki, onun işdən çıxarılması ajiotaj yaratsın. Bu hadisənin səs-küyünə səbəb həmin həkimin Ramiz Mehdiyevin gəlini olmasıdır. Bəzi adamların şöhrəti onların özünün şəxsi nailiyyəti ilə bağlı deyil. Bu onların mənsub olduğu klan, ailə, onları himayə edən şəxslərlə əlaqəlidir. Yoxsa həmin şəxsin Azərbaycan elminə bəxş etdiyi və cəmiyyət üçün maraqlı olan xüsusi nailiyyətləri yoxdur ki, biz bunu dəyərləndirək”.


Xəbər 301 dəfə oxunub.




03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +