Dadlı borş üçün... - Ukrayna resepti
Milyarder Süleyman Kərimovun 300 milyonluq yaxtası satıldı
Fiko Budapeştdə Putin-Tramp görüşünü alqışlayır
Ramiz Mehdiyev növbəti dəfə ifadə verib... - 7 saata yaxın
İki qadın oğurluq üstə saxlanıldı
Baş katib AQEM-in Baş katibi ilə görüşüb
Qurban Qurbanov forma satışı şirkəti yaradıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi yola salınır
Medal satan QHT sədrlərinə cinayət işi açıldı
Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu göndərəcək


16.10.2025  12:30 

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

Görüş zamanı qonağın Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı yüksək qiymətləndirilib. Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, şəhərsalma sahəsində aparılan aktual müzakirələrin əhəmiyyətini vurğulayıb.

Tərəflər Azərbaycan ilə UN-Habitat arasında tərəfdaşlıq çərçivəsində bir neçə milli şəhərsalma forumunun uğurla keçirildiyini məmnunluqla qeyd ediblər.

Söhbət zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə toxunulub. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin inşasında yeni, müasir şəhərsalma modeli tətbiq olunur.

Anaklaudia Rossbax Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına göstərdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkür edib. O, COP29-un Azərbaycanda uğurla keçirildiyini qeyd edərək, tədbirdə iqlim gündəliyinin urbanizasiya fəaliyyəti ilə əlaqələndirilməsini mühüm təşəbbüs kimi dəyərləndirib.

Görüşdə, həmçinin 2026-cı ildə Azərbaycanda keçiriləcək BMT-nin ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu tədbirin də digər beynəlxalq toplantılar kimi yüksək səviyyədə təşkil olunacağına əminlik var.

Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 732 dəfə oxunub.




17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +