Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


06.10.2025  10:59 

Çin İranda infrastruktur obyektləri inşa edir?





A+  A-

İran neftinin Çinə tədarükü barter sistemi vasitəsilə həyata keçirilir və bu sistem əsasında Çin İranda infrastruktur obyektləri inşa edir.

XəzərNews.az "The Wall Street Journal" istinadən xəbər verir ki, İranın neft tədarükü prosesində Çinin "Sinosure" sığorta şirkəti və Chuxin maliyyə qurumu iştirak edir.

Bu əməliyyatlar beynəlxalq bank sistemindən yan keçir və vəsaitlərin bir hissəsi infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönəldilir. Keçən il İran nefti üçün təqribən 8,4 milyard dollar ödəniş Çinin İranda inşa etdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Nəşr bildirir ki, Çin əsrin əvvəlindən İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Üstəlik, Çinin İslam Respublikasında infrastruktur işlərinin həcmi 2021-ci ildən artıb.

İran infrastrukturun qurulmasına kömək etməklə yanaşı, neft gəlirlərindən birbaşa Çin mallarını almaq üçün istifadə edir.

Zəhra Rahibqızı

Xəbər 829 dəfə oxunub.



09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +