Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


22.02.2018  14:49 

“Neftçi” klubunda yeni təyinat





A+  A-

“Neftçi” futbol klubunda yeni təyinat olub.
XəzərNews.az kluba istinadla xəbər verir ki, Ceyhun Sultanov “Neftçi”nin idman direktoru vəzifəsinə təyin edilib. 1997/1998-ci il mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997-ci il), “Dinamo” (1998-2001-ci il), “Maşinsazi” (Təbriz, 2003-2004-cü il), “Bakı” (2004-2007-ci il), “Xəzər-Lənkəran” (2007-2010-cu il), “Kəpəz” (2010-2012-ci il), “Sumqayıt” (2012-ci il), “Qəbələ” (2013-cü il) klublarında da çıxış edib.

O, Azərbaycan çempionatının və kubokunun qalibidir. U-21 yığmamızın kapitanı olmuş Ceyhun Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub. Otuz səkkiz yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi, “Sumqayıt”da baş menecer vəzifələrində çalışıb.

Xəbər 3167 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +