Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?


10.05.2020  16:53 

Metroda maska taxmayan sərnişin həbs edildi





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı metropoliteninin sərniçindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib. Həmin məlumatda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı metropoliteninin fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına uyğun qurmalı olduğu bildirilib. Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərərkət edən sərnişinlər tibbi maska taxmalıdırlar.
Bakı Metropolitenindən XəzərNews.az-a verilən məlumata görə, mayın 9-da metropolitenin “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək mübahisə edib. Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə məhəl qoymayan sərnişin inzibati məsuliyyətə cəlb edilib. İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş Nicat Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.

Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib. “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Xəbər 2680 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +