Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə
Tramp Rusiyaya zərbələr endirməyə icazə verdi


24.06.2017  09:56 

Ermənilər atəşkəsi 115 dəfə pozdular





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (44 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Müdafiə Nazirliyindən XəzərNews.az verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan, kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Xəbər 2336 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +