Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“


04.08.2025  13:14 

1071 abituriyent qabiliyyət imtahanı verdi





A+  A-

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

Bu barədə XəzərNews.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mərkəzin əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 250-dən çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

Xəbər 725 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +