Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə
Tramp Rusiyaya zərbələr endirməyə icazə verdi


24.01.2025  12:33 

21 yaşlılara silah hüququ tanımaq nə deməkdir? - ETİRAZ





A+  A-

"Milli Məclis 21 yaşa çatmış şəxslərə qanunla silah əldə etmək hüquqi verən dəyişiklik etməyə hazırlaşır. Çox pis... Əvvəla, bu dəyişiklik ölkədə mülki silah sahibi olanların sayını artıracaq. Buna nə dərəcədə ehtiyac var?."

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edib.

A.Quliyev bildirib ki, sabitlik və təhlükəsizliyin az qala 100 faizlik şkalada olduğunu qəbul etdiyimiz ölkədə insanların kütləvi silah sahibi olmasına nə ehtiyac var?

"İnsanların bu təhlükəsiz şəraitdə kimlərdənsə özünü müdafiəyə ehtiyacı olmadığı üçün əllərdəki silahların başqaları üçün təhlükə yaratmaq risqi daha böyükdür. Hamının ovçu olmasına nə ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda olmasını təmin etmək ən yaxşı variantdır. Bunun üçün 21 yaşlılara yox, 40 yaşdan yuxarı insanlara silah əldə etmək hüququnun verilməsi daha yaxşı olar. 21 yaşlı gənclərin ovçuluq etməkdən başqa əlindəki mülki silahla hər an, hətta ailədə cinayət törətmək təhlükəsi daha böyükdür, nəinki 40 yaşdan yuxarı az - çox oturuşmuş insanların... Azərbaycanın özünün mülki silah istehsalı üçün bazar lazımdırsa, o bazarı başqa ölkələrdə axtarmağımız daha doğru olardı. 21 yaşlılara silah hüququnun verilməsinin ölkədə silah biznesi ilə məşqul olanların bazarını qızışdırmaqdan başqa "faydası" yoxdur", - deyə A.Quliyev bildirib.

A.Quliyev əlavə edib ki, deputatların silah biznesinə lobbiçiliyi heç normal hal sayıla bilməz:

"21 yaşlılara silah hüququ tanımağın guya çox vacib olması barədə hörmətli deputatlardan inandırıcı arqumentlər eşitsəm, çox şad olaram".

Xəbər 4190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +