Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə


15.03.2024  17:45 

Qazaxıstan gerbi dəyişdiriləcək





A+  A-

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsini Qızıl Ordanın varisi adlandırıb. 

Xəzərnews.az xəbər verir ki, bu barədə o, milli qurultayda çıxışı zamanı deyib.

"Qazaxıstan Böyük Çölün köçəri sivilizasiyasının birbaşa varisidir. Mərkəzi Avrasiyanın geniş ərazilərində dövlət quruculuğunun tanınmış zirvəsi həmişə Qızıl Orda kimi dünyaca məşhur olan Cuci Ulusu olub", - Tokayev bildirib.

O qeyd edib ki, bu orta əsr dövlətinin geosiyasi irsi bir sıra Avrasiya dövlətlərinin, o cümlədən Qazax xanlığının yaranması üçün əsas olub.

O, həmçinin ölkənin gerbindən də bəhs edib: "Qazaxıstanın gerbi anlamaq çox mürəkkəbdir, onda eklektizm və sovet dövrünün əlamətləri var. Əgər ümumi razılıq olarsa, bütün aspektləri obyektiv araşdıracaq və ictimai müzakirələr aparacaq xüsusi komissiya yaradıla bilər. Sonra Qazaxıstanın yeni milli gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan ediləcək". 



Xəbər 2524 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +