Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


11.08.2022  22:22 

Gənclər Şəhərciyində hər an partlayış ola bilər – Səbəb?





A+  A-

Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən Abşeron Gənclər Şəhərciyində hər an partlayış ola bilər. Bu haqda “Akkord” rəhbərliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə, Abşeron İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məktubla müraciət edən Ruhiyyə Novruz qızı Sarıyeva yazır.

XəzərNews.az xəbər verir ki, surəti KİV-lərə ünvanlanan müraciətində şikayətçi bildirir ki, 2011-ci ildə “Akkord”la müqavilə bağlayaraq Gənclər Şəhərciyində 1 saylı binanın, 64-cü blokundakı 37 saylı mənzili alıb və orada ailəsi ilə birgə yaşamağa başlayıb.

“Təxminən 2018-ci ilin əvvəlində sözügedən şəhərcikdə “Azəriqaz” tərəfindən ödənişsiz qazlaşdırılma aparıldı. Bütün mənzillərə sayğaclar quraşdırıldı və mənzillərə qaz verildi. Lakin mənim mənzilimə sayğac quraşdırılmadı. Maddi vəziyyətim çətin olduğuna görə qışda elektrik enerjisi ilə mənzilimi normal qızdıra bilmirəm, məcbur olub çox təhlükəli olan kustar üsulla düzələn qaz balonundan istifadə edirəm. Mənim və ailə üzvlərimin həyatı daim təhlükə altındadır. Qaz balonundan istifadə zamanı mənzildə hər an partlayış baş verə bilər” – deyə şikayətçi bildirir.

Ruhiyyə Sarıyeva şikayətində sual edir ki, mənzildə partlayiş baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq: “Tez-tez respublikanın müxtəlif yerlərində qaz balonlarının partlaması xəbərlərini eşidib həyəcan keçiririk. Ötən 4 il ərzində mən “Akkord” şirkətinə dəfələrlə qaz sayğacının quraşdırılması barədə yazılı və şifahi müraciət etmişəm. Hər dəfə şirkətə müraciət edəndə “Akkord” şirkəti mənə bildirirdi ki, maddi çətinliyimiz var və hazırda qaz sayğacımız yoxdur, nə vaxt olacağıda bilinmir. Bizim yaşadığımız binanın bütün mənzillərinə sayğac quraşdırılıb və qaz verilib. Bizim mənzildə su və işıq sayğacları quraşdırılıb, hər ay vaxtı vaxtında su və elektrikə görə odəniş edirəm. Hər ay vaxtı vaxtında “Akkord” şirkətinin bizim kompleksdə yerləşən ofisinə onlar tərəfindən təyin edilmiş məbləği (JEK pulunu) ödəyirəm. Buna baxmayaraq “Akkord” şirkəti bizə qarşı qanunsuzluq edir, bizi və qonşularımızı ölüm təhlükəsi ilə üz-üzə qoyur”.

Şikayətçi mənzilinin tez bir zamanda qaz sayğacı ilə təmin olunmasını xahiş edir.

Xəbər 2111 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +