Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib


08.10.2025  11:16 

Avropanın “kölgə kralı”: Necati Arabacı kimdir?





A+  A-

Avropanın ən təhlükəli mafiya liderlərindən biri sayılan Necati Arabacının Türkiyədə saxlanılması beynəlxalq hüquq-mühafizə orqanlarında rezonans doğurub. Adı illərdir “Hells Angels” kimi dünyaca məşhur cinayət şəbəkəsi ilə birgə çəkilən bu şəxs uzun müddət Almaniya, İspaniya və Türkiyə arasında gizli fəaliyyətini davam etdirib.

Sadəcə oğru deyil, sistem quran mafioz

Çoxları Necati Arabacını sadəcə “vor” və ya “oğru” kimi tanıyır. Amma onun əsl portreti bundan qat-qat təhlükəlidir. O, təkcə silahlı basqın və reketlə deyil, maliyyə cinayətləri, insan alveri və beynəlxalq narkotrafiklə də məşğul olan, çoxşaxəli kriminal şəbəkənin rəhbəri sayılır.

Necati Arabacı 1972-ci ildə Almaniyada türk ailəsində doğulub. Kriminal karyerası 2000-ci illərin əvvəllərində başlayıb. 2002-ci ildə Almaniyada dələduzluq, hücum, insan alveri və qanunsuz silah saxlama ittihamları ilə həbs olunub. 2004-cü ildə məhkəmə tərəfindən 9 il azadlıqdan məhrumetmə cəzası alıb.

Hakimə qarşı sui-qəsd planı...

Arabacının adı Almaniyada məhkəmə sistemini sarsıdan hadisə ilə də yadda qalıb. 9 il iş kəsən hakimin evinə qarşı sui-qəsd cəhdi məhz onun göstərişi ilə təşkil olunub. Alman polisi hadisəni araşdırarkən qətl planının həbsxanadan idarə edildiyini sübut etsə də, tərcümə səhvləri və prosedur pozuntuları səbəbindən Arabacı bəraət alıb. O vaxt alman mediası yazırdı ki, “hakimlər belə Arabacıdan qorxurlar”.



“Hells Angels”in Türkiyə qolunu idarə edirdi

2009-cu ildə həbsdən azad edilən Arabacı qısa zamanda yenidən güc topladı. 2010-cu ildə İzmirdə keçirilən yüksək səviyyəli toplantıda o, “Hells Angels MC Nomads Turkey” təşkilatının prezidenti təyin edildi. Qısa müddətdə “Hells Angels”in Türkiyə, Almaniya və İspaniyadakı fəaliyyətini əlaqələndirən əsas fiqura çevrildi.

2013-cü ildə təşkilatın Avropa lideri Frank Hanebuth həbs ediləndən sonra Arabacı Avropa qolunun real idarəçisi sayılmağa başladı. Onun ətrafında “dəmir intizam”, “səssiz terror” və “qorxu imperiyası” ifadələri dolaşırdı.

Avropada axtarışda, amma toxunulmaz

2015-ci ildə İspaniya hakimiyyəti Arabacıya qarşı mütəşəkkil cinayət, narkotik alveri və fahişəxanaların idarə olunması ittihamları ilə beynəlxalq həbs orderi çıxardı. Lakin Türkiyə vətəndaşı olduğu üçün Ankara onu təhvil vermədi. Arabacı həmin dövrdə İzmirdə yaşayırdı və yerli mənbələr onun polis nəzarətindən gizlicə çıxışlar etdiyini bildirirdi.

Avropa hüquq-mühafizə orqanlarının məlumatına görə, Arabacının nəzarətində Almaniyada bir neçə gecə klubu, qumarxana və bordel, eləcə də Türkiyədə lüks restoran və avtomobil şirkətləri fəaliyyət göstərir. Onun “ağ pullarını” bu bizneslər vasitəsilə leqallaşdırdığı iddia olunur.



Monakoda “kölgə şahzadə”

Son illər Monako mətbuatı da Arabacı haqqında yazmağa başlayıb. “Monaco Tribune” nəşrində qeyd olunub ki, o, son illər dəbdəbəli malikanələrdə, Ferrari və Bentley markalı avtomobillərlə görüntülənib. Bu, “narkomafiyanın qlobal şəbəkəsi”nin Monakoya qədər uzandığı ehtimalını gücləndirib.

Avropa polis mənbələri onun Balkan mafiyası, rus kriminal qrupları və İtaliyanın “’Ndrangheta” klanı ilə əlaqələr saxladığını istisna etmir. Arabacı isə indiyədək heç bir ittihamı rəsmi şəkildə qəbul etməyib.

Tutulması təsadüfi deyil

Türkiyə mediasının yazdığına görə, Arabacı son aylarda İstanbul və Bodrum arasında hərəkət edirmiş. O, Türkiyəyə qayıdandan sonra dəfələrlə gizli görüşlər keçirib, bəzi sabiq “Hells Angels” üzvləri ilə əlaqələrini bərpa etməyə çalışıb.

Əməliyyat məlumatlarına əsasən, polis onu Bodrumda yerləşən lüks villasında yaxalayıb. Evdən silahlar, saxta sənədlər, yüksək məbləğdə avro və narkotik maddə aşkarlanıb.

Mənbələr bildirir ki, onun saxlanılması Avropa İttifaqının hüquq-mühafizə qurumları ilə birgə əməliyyat nəticəsində həyata keçirilib.


Mafiya liderinin “toxunulmazlıq” illəri bitdi

Uzun illər toxunulmaz hesab edilən Necati Arabacı indi Türkiyədə cinayətkar birlik yaratmaq və beynəlxalq narkoticarətdə iştirak ittihamı ilə istintaqa cəlb olunub.

Ekspertlər hesab edir ki, bu həbslə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində fəaliyyət göstərən beynəlxalq mafiya strukturlarına qarşı yeni mərhələyə keçib.

Bir vaxtlar Avropanın “görünməz kralı” sayılan Necati Arabacı indi dəmir barmaqlıqlar arxasında, öz yaratdığı “qorxu imperiyasının” sonuna şahidlik edir.

İsi
XəzərNews.az


Mənbə: Avropa və Türkiyə mediası, “Monaco Tribune”, “Bild”, “Hurriyet”

Xəbər 5465 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +