Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


06.12.2025  12:40 

Mehdiyevin əlinə oynayırlar... - Real sədri





A+  A-

Ramiz Mehdiyevin təyin etdiyi indiki və keçmiş deputatların, məmurların, əlindən tutub siyasətə gətirdiyi, bəzilərindən “müxalifət” düzəldiyi adamların bir qismi bilərəkdən, ya savadsızlıqlarından Mehdiyevi haqlı çıxartmağa yönəlik bəyanatlar verirlər. Məsələn, deyirlər ki, Mehdiyev vəzifədə olduğu 24 ildə heç vaxt Türkiyəyə səfər etməyib – axı, bu məlumatı çox asanlıqla, cəmi 3 saniəyə yoxlamaq olar, google də axtarış verən kimi, Mehdiyevin həm 90-cı illərdə, həm də 2010-cu ildə Türkiyəyə rəsmi səfərlərinin olduğu görünür.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Real Partiyasının sədri Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, belə yalan-yanlış məlumatları tirajlayanlar elə Mehdiyevin əlinə oynayırlar – vətəndaş da baxır, izləyir, görür ki, Türkiyəyə səfərin olmaması ilə bağlı yalan məlumat yayırlarsa, bəlkə elə Mehdiyevin başqa əməlləri ilə bağlı yaydıqları məlumatlar da yalandır?!

“Onlar deyə bilərlərdilər ki, kommunist və partokrat kafalı, Kremlin küləyi ilə yelkənlərini dolduran Mehdiyev Türkiyəni sevmirdi, Türkiyə ilə yaxınlaşmağa qarşı idi – bunlar mülahizə, fikir, subyektiv qiymətdir. Amma, faktları təhrif etməklə niyə Mehdiyevə haqq qazandırırlar?! Bəlkə elə ona bu yolla kömək etmək istəyirlər?!

Ən qəribəsi də budur ki, o tipli adamlar indi ağız dolusu, “Mehdiyev seçkilərə müdaxilə edirdi, deputat təyin edirdi”, kimi bəyanatlar da verirlər. Yaxşı, biz zamanında bunları deyəndə bizi niyə həbs edirdiz, təzyiq göstərirdiniz ki?! Əgər seçki saxtakarlığı indi hər tərəfdən təsdiqlənirsə, hakimiyyət bunun üçün məsuliyyət daşımayacaqmı?!

Elə Mehdiyev də onlara oxşayır – xatırlayırsınızsa, AMEA-nı “müxalifət hərəkatına” çevirdiyi vaxtlarda tez-tez siyasi bəyanatlarla, özü də, AMEA-nin rəsmi saytında çıxış edirdi. Mehdiyev o zaman ona qarşı danışan deputatlara, “təyin olunmuşlar”, ona qarşı danışan siyasilərə isə, “avtobus müxalifəti”, “cib partiyaları”, deyirdi. Bəli-bəli, özünün düzəltdiyi “müxalifətlə” eyni ritorikada danışırdılar. Tək eyni dalğada deyil də, həm də eyni “ağıldadırlar”, - deyə N.Cəfərli əlavə edib.

Xəbər 1343 dəfə oxunub.




09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +