Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı
Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO


06.10.2025  14:40 

14 yaşlı qıza təcavüz edən 17 yaşlı yeniyetmə həbs edildi





A+  A-

Beyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı S.Quluzadə həbs edilib.

XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Quluzadə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib.

İstintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında qandallanıb.

Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib. S.Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib.

Hadisənin üstü açılandan sonra yeniyetmə qız evdən qaçaraq Bakıya gəlib. O, paytaxta gəldikdən sonra köməksiz vəziyyətdə olduğunu hiss edərək metronun “20 Yanvar” stansiyası yaxınlığındakı gözəllik salonuna daxil olub. Salonun sahibi olan qadın oraya gələn qızın evdən qaçdığını öyrəndikdən sonra onu öz maşını ilə Beyləqana apararaq ailəsinə təhvil verib.

Bundan sonra yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş oğlan barəsində polis tərəfindən cinayət işi açılıb.

Xəbər 1711 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +