Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır
“Qarabağ”ın yarımmüdafiəçisində sınıq aşkarlandı
Bu məşhur aktyorlar narkotikdən istifadə edir -SİYAHI/FOTO
AMB-ın valyuta ehtiyatları bu qədər azalıb
“Şərq-Qərb” ASC dövlət qarşısında borcunu ödəməyə məcbur edilib


11.02.2022  18:18 

“Normand dördlüyü”nün görüşü nələr vəd edir?





A+  A-

Ukrayna və Rusiya arasında yaranan gərginlikdən sonra “Normand dördlüyü” (Rusiya, Ukrayna, Fransa və Almaniya) liderlərinin müşavirlərinin ikinci görüşü Berlində baş tutub. İki həftə əvvəl Parisdə keçirilən görüşdən bəri regionda gərginlik səngiməsə də, bu formatda müzakirələrin davam etdirilməsini diplomatiyanın uğuru hesab etmək olar.

İlk görüşdən sonra Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak “Normand dördlüyü” liderlərinin müşavirlərinin Paris görüşünü bu danışıqlar formatının “reanimasiyası” adlandırıb. O qeyd edib ki, tərəflər əvvəlki razılaşmalara yenidən baxıblar.

Sözsüz ki, "Normand dördlüyü” formatının bərpası faktının özü artıq müsbət siqnaldır. Çünki bu format Ukrayna ilə Rusiya arasında yaranan münaqişənin hüquqi həlli üçün yaradılıb və hər müzakirədə əvvəlki sazişlərə, onların statusuna yenidən baxılır. Düzdür, yaranmış çox çətin siyasi vəziyyətdə yenidən bərpa edilən ilkin görüşlərdə hansısa razılaşmaları gözləmək sadəlövhlük olardı, bunun üçün uzun müddət lazım gəlir. Ancaq regionda müharibənin başlanma riskinin böyük olduğu bir zamanda bu təmasın yaranması alova az da olsa su səpir.

Berlində “Normand dördlüyü”nün 10 saata yaxın davam edən görüşündən sonra mətbuata bəyanatla çıxış edən Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiya qoşunlarının ölkəsi ilə sərhədə cəmləşməsinə münasibət bildirib. Vurğulayıb ki, vəziyyətin deeskalasiyası “Normand” formatında aparılan danışıqlardan da asılıdır.

Ukrayna və Rusiya tərəfinin bəyanatlarından bəlli olur ki, Berlin görüşündə hər iki ölkənin irəli sürdüyü şərtlər ətrafında razılaşmalar əldə olunmayıb. Ukrayna tərəfi bu görüşün hər dörd ölkənin dövlət başçılarının iştirakı ilə “Normand” sammitini yaxınlaşdıracağına ümid edirdi. Ukrayna tərəfi Berlində keçirilən görüşdə Donbasdakı münaqişənin nizamlanması üzrə Üçtərəfli Təmas Qrupunun işinin qarşısının alınacağına inanırdı. Rəsmi Kiyevin Donbasda “sükut” rejiminin yoxlanılmasının təkmilləşdirilməsi variantlarını təklif edəcəyi, habelə nəzarət-buraxılış məntəqəsinin açılması və əsirlərin dəyişdirilməsi məsələsini qaldıracağı planlaşdırılırdı.

Rusiyanın Berlin görüşündə istəyi isə tam fərqli idi. Rusiya israr edir ki, o, Donbasdakı münaqişənin tərəfi deyil və rəsmi Moskva Ukraynanın Donbas və Luqansk vilayətlərindəki qüvvələrlə birbaşa danışıqlar aparmasını istəyir. Bundan əlavə, Moskva Minsk razılaşmalarının Kremlin təklif etdiyi qaydada həyata keçirilməsini, yəni, əvvəlcə seçkilərin, yalnız bundan sonra işğalçı qoşunların çıxarılmasını istəyir. Ukrayna isə bu tələblərlə razılaşmır.

Berlin danışıqlarından sonra Almaniya və Fransa nümayəndələri müzakirələrin çətin keçdiyini bildiriblər. Lakin mart ayında daha bir görüşün keçirilməsinin nəzərdə tutulduğunu bəyan ediblər. Almaniya və Fransa nümayəndələri qeyd ediblər ki, danışıqlar zamanı müxtəlif mövqelər və mümkün həll yolları aydın şəkildə işlənib. Bütün iştirakçılar Minsk razılaşmalarına sadiq qalmaq və onların tam şəkildə yerinə yetirilməsi istiqamətində səylə işləmək öhdəliyi götürüblər.

Ən əsası odur ki, Ukrayna ilə Rusiya arasında problemin masa arxasında həlli üçün imkanlar tükənməyib və danışıqların aparılması hər iki ölkənin maraqlarına xidmət edir. Bu gün dünyanın gözünün regiondakı problemin həllinə yönəldiyi bir zamanda “Normand dördlüyü” formatında danışıqların davam etdirilməsi müharibəsiz gələcəyə ümid yaradır.

Emil Hüseynli
AZƏRTAC

Xəbər 3317 dəfə oxunub.




06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək

06.11.2025  11:17 

Unutmayacağımız gecə...


BÜTÜN XƏBƏRLƏR +